Nicat Ramazanov

Hüquqçu

1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüquq üzrə bakalavr təhsilini 2010-cu ildə tamamlamış, 2012-ci ildə isə Özəl Hüquq üzrə magistr proqramını başa vuraraq Mülki və təsərrüfat hüququ üzrə magistr ixtisas dərəcəsinə yüksəlmişdir. Praktiki hüquqşünas kimi 10 ildən çox təcrübəsi vardır, o cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsində “Uluslararası hukuk ve uygulaması” (Beynalxalq hüquq və tətbiqi) üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Əsasən korporativ hüquq, müqavilələr hüququ, vərəsəlik hüququ, daşınmaz əmlak və lizinq sahəsində ixtisaslaşmışdır.