Xidmətlər
Bİz nə İlə məşğuluq
Təcrübə sahələrimiz
Müştərilərin qarşılaşdıqları problemləri daha çevik şəkildə çözmək məqsədilə hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmış təcrübəli və dinamik hüquqçular ibarət komanda vasitəsilə bütün hüquq sahələrində keyfiyyətli xidmətlər göstəririk.
ŞİRKƏTLƏR (KORPORATİV) HÜQUQU
Şirkətin (hüquqi şəxsin) təsis edilməsi, nizamnaməsinin hazırlanması, dövlət qeydiyyatına alınması, birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə yolu ilə yenidən təşkili, ləğvi və müflis olması proseslərinin həyata keçirilməsi.
Şirkətlər (korperativ) hüququ sahəsində göstərilən xidmətlərə həmçinin aiddir:
• Müştərinin korporativ qanunlar və qaydaların tələblərinə riayət etməsini təmin etmək üçün bütün lazımi sənədləri hazırlamaq;
• Lazımi korporativ qərarların, illik və növbədənkənar Ümumi Yığıncaqların, Müşahidə Şurası iclaslarının protokollarını hazırlamaq;
• Müştərinin korporativ orqanlarında dəyişikliklərə ehtiyac olduqda, bütün lazımi sənədləri hazırlamaq;
• Müştərinin korporativ orqanlarında dəyişikliklərin qeydiyyata alınması üçün müraciət paketini hazırlamaq və təqdim etmək.
İNZİBATİ HÜQUQ
İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin çözümü.
O cümlədən:
• İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi;
• İnzibati orqanın hərəkətsizliyindən müdafiə;
• İnzibati orqanın müəyyən hərəkətləri etməkdən çəkinməsi;
• inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri / hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi.
VERGİ HÜQUQU
Ölkədaxili və xarici əməliyyatlar üzrə vergitutma məsələrinə dair xidmətlərin göstərilməsi.
ƏMƏK HÜQUQU
• Əmək hüququ (İnsan Resursları) ilə bağlı bütün sənədlərin nümunələrini hazırlamaq;
• Daxili İR mütəxəssisinə lazımi təqdimatlar və təlimlər vermək;
• Əmək müqavilələrini, onlara dəyişiklikləri və onların xitamını Əmək Nazirliyinin onlayn sistemində qeydiyyata salmaq;
• Daxili İR mütəxəssisinə əmək qanunvericiliyindəki dəyişikliklərlə bağlı mütəmadi məlumat vermək;
• Əmək hüququ (İR) ilə bağlı sorğular üzrə birdəfəlik xarakterli gündəlik dəstək vermək;
• Əmək yoxlamaları (illik və ya növbədənkənar) zamanı Müştərini Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi qarşısında təmsil etmək;
• oxlamalar zamanı qəbul edilmiş qərarlarına qarşı iddiaları hazırlamaq və Müştərini bununla bağlı məhkəmədə təmsil etmək.
MÜQAVİLƏLƏR HÜQUQU
Müştərinin müqavilə paketlərini hazırlamaq, yoxlamaq və düzəltmək.
MİQRASİYA HÜQUQU
• Müştərinin xarici qonaqlarını Miqrasiya Xidmətində olduğu yer üzrə müvəqqəti qeydiyyata saldırmaq;
• İş icazələri və müvvəqəti yaşayış icazələri üçün müraciət paketlərini hazırlamaq və təqdim etmək.
MƏHKƏMƏ İŞLƏRİ
Müştərini məhkəmə işlərində təmsil etmək. Müştərinin məhkəmə qərarlarının icrası ilə məşğul olan işçilərinə hüquqi məsləhətlər verərək onlara dəstək olmaq.
QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİ ÜZRƏ XİDMƏTLƏR
• Mənzillərin qiymətləndirilməsi;
• Fərdi yaşayış evlərinin qiymətləndirilməsi;
• Bağ evlərinin qiymətləndirilməsi;
• Torpaq sahələrinin qiymətləndirilməsi;
• Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi.