Anar Xangəldiyev

Malİyyə, mühasİbat və vergİ uçotu üzrə ekspert

1984-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinə bakalavr daxil olmuş və 2005-ci ildə bakalavr pilləsini başa vurmuşdur. 2005-2007-ci illərdə həmin universitetin magistr pilləsində təhsil almışdır. 2009-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə Mühasibat uçotu və audit ixtisası üzrə subbakalavr dərəcəsinə qəbul olunmuş, 2013-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin Dövlət və bələdiyə ixtisası üzrə bakalavr pilləsinə qəbul olunmuşdur. Müxtəlif şirkətlərdə mühasibat və maliyyə idarətməsi üzrə təxminən 10 ildən çox təcrübəyə malikdir. Belə ki, müxtəlif təşkilatlarda baş mühasib və maliyyə direktoru kimi rəhbər vəzifələrdə işləmişdir. Hazırda 30-a yaxın təşkilat və fərdi sahibkarlara ekspert kimi məsləhət və konsaltinq xidməti göstərir. Əsasən kənd təsərrüfatı, tikinti, retail, logistika və istehsalat sahəsi üzrə hesabatlığın təşkili, maliyyə-mühasibat uçotu, ERP sahəsində, vergi uçotu və s. sahələrində ixtisaslaşmışdır.